Bir forma kosmosa uçdu: klub gənclərə mesaj verdi - VİDEO

28 Yanvar 2026 17:40
55
Bir forma kosmosa uçdu: klub gənclərə mesaj verdi - VİDEO

Kolumbiyanın Boqota şəhərini təmsil edən “İnternasional” klubu qeyri-adi addımı ilə diqqət çəkib. Klubun rəsmi oyun forması Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

İdman.Biz xəbər verir ki, bu jest klub rəhbərliyi tərəfindən gənc futbolçular üçün motivasiya məqsədi daşıyıb. “İnternasional” rəhbərliyi bu addımla akademiyada yetişən futbolçulara arzular üçün heç bir sərhədin olmadığını göstərmək istədiklərini bildirib.

Qeyd edək ki, forma kosmosa göndərilməzdən əvvəl xüsusi qoruyucu kapsula yerləşdirilib və layihə beynəlxalq tərəfdaşların iştirakı ilə həyata keçirilib. Klub bu təşəbbüsü ilə yalnız idman deyil, həm də düşüncə baxımından gənclərin üfüqlərini genişləndirməyi hədəfləyir.

İdman.Biz