Uzun sürən xəstəlikdən sonra bu gün ölkəmizdə karate və ciu-citsu məktəbinin əsasını qoyanlardan biri, Azərbaycan Ciu-Citsu Federasiyasının prezidenti, respublikanın əməkdar məşqçisi Mirəli Seyidov vəfat edib.
Bu barədə İdman.Biz-ə Mirəli Seyidovun yaxınları məlumat veriblər.
Mirəli Seyidov Azərbaycanda döyüş sənətlərinin əsasını qoyan şəxslərdən biridir.
Hələ 1979-cu ildə o, karate üzrə milli yığma komandanın ilk baş məşqçisi olub və bir sıra görkəmli idman ustaları yetişdirib. 1998-ci ildə məhz Mirəli Seyidov Azərbaycan Ciu-Citsu Federasiyasını yaradıb və təxminən üç onillik ərzində bu quruma fasiləsiz rəhbərlik edib.
20 may 2026-cı ildə Mirəli Seyidovun 70 yaşı olmalı idi.
İdman.Biz redaksiyası Mirəli Seyidovun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət etsin...
