İlham Əliyev: “Azərbaycan dövləti sizi mükafatlandırmaqda tam haqlıdır, çünki siz buna layiqsiniz”

Xəbərlər
21 Dekabr 2023 17:39
162
İlham Əliyev: “Azərbaycan dövləti sizi mükafatlandırmaqda tam haqlıdır, çünki siz buna layiqsiniz”

“Siz öz zəhmətinizlə dövlətimizin idman şöhrətini göylərə qaldırmısınız və Azərbaycan dövləti də sizi mükafatlandırmaqda tam haqlıdır, çünki siz buna layiqsiniz”.

İdman biz xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi stadionunda keçirilən “Qarabağ” - MOİK oyunun fasiləsində idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşündə deyib.

Dövlət başçısı təltif olunanaları bir daha təbrik edərək, onalara uğurlar arzulayıb: “Bu gün burada düzülən mükafatlar, mənzillərin orderləri, digər mükafat növləri sizə işğaldan azad olunmuş Xankəndi şəhərində tarixi futbol matçının fasiləsində təqdim edilir. Bu münasibətlə sizi ürəkdən təbrik etmək istəyirəm”.

Xankəndidə keçirilən oyunun tarixi əhəmiyyətindən söz açan Ali Baş Komandan bildirib ki, hələ dünyada belə bir nümunə olmayıb: “Yarışlar çox olub. Ancaq bugünkü yarış tarixdə əbədi qalacaq, həm xalqımız üçün, dövlətimiz üçün, dünya üçün. Dünyada hələ ki, belə bir nümunə olmayıb ki, xalq, dövlət öz torpağını – uzun illər işğal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi üç ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin, vətəndaşlar Bakıdan, digər yerlərdən gəlib buna tamaşa etsinlər və qürur hissi yaşasınlar. Biz tarix yazmışıq, yazırıq və bu gün dediyim kimi, Xankəndi cəmi üç ay bundan əvvəl azad edilmişdir, ancaq artıq Xankəndi - Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir”.

İdman.biz