“Tamblinq üzrə gimnastımız Tofiq Əliyevin uğurları bizi sevindirir. Bu il keçirilən yarışda, o bu günədək dünyada heç kimin icra edə bilmədiyi kombinasiyanı icra etdi”.
İdman.Biz xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov idman mediasının nümayəndələri ilə görüşdə 19 yaşlı gimnastın çıxışını qiymətləndirərkən deyib.
Nazir Fəriq Qayıbov bildirib ki, Tofiqin gənc idmançı kimi fenomenə çevrilməsi onları çox sevindirir.
“Tofiqin sosial şəbəkələrdə də populyar olduğunu bilirik. Təbii ki, bu bizi sevindirir. Biz istərdik ki, nümunəvi idmançılarımız sosial şəbəkələrdə də fəal olsunlar. Çünki bu da təbliğatın bir növüdür” – deyə nazir vurğulayıb.
