Azərbaycanın nərd ustası Daşkənddə qızıl medal qazandı - FOTO

31 Mart 2026 10:57
157
Azərbaycanın nərd ustası Daşkənddə qızıl medal qazandı

Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Asiya Qran-pri 2026” beynəlxalq nərd turniri keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 55-dən çox ölkədən 700-ə yaxın iştirakçının qatıldığı turnirdə Azərbaycan yığma komandasının üzvü Kənan Həsənzadə “Backgammon” (Blitz) kateqoriyasında 256 iştirakçı arasında fərqlənərək qızıl medal qazanıb.

İdman.Biz