“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev Qadın və Uşaq Sığınacağında icazə alaraq UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Ayaks” oyununu təkbaşına izləyən uşaqla görüşüb.
İdman.Biz xəbər verir ki, futbolçu Əkbər Zülfüqarov şəklini şəxsi “Instagram” hesabında paylaşıb.
Qeyd edək ki, Ə.Zülfüqarov İdman.Biz-ə müsahibəsi zamanı “Qarabağ”ın oyunçularından Kevin Medina, Abdulla Zubir və Nəriman Axundzadəni çox sevdiyini deyib. Azyaşlının yaxın günlərdə “Qarabağ” klubunun üzvləri ilə görüşəcəyi bildirilib. O, bu xəbəri aldıqda böyük sevinc yaşadığını qeyd edib və baş məşqçi Qurban Qurbanova təşəkkürünü çatdırıb.
