Futbol üzrə Rusiya yığmasının keçmiş qapıçısı Ruslan Niqmatullin ikinci dəfə evlənib.
İdman.Biz xəbər verir ki, evliliyi barədə məlumatı sabiq futbolçu “Instagram” hesabında paylaşıb.
Bildirilir ki, 51 yaşlı Niqmatullinin 23 yaşlı həyat yoldaşı teleaparıcı Yevelina Sinçedir.
Qeyd edək ki, Niqmatullin 26 illik həyat yoldaşından ötən il boşanıb. Sonradan məlum olmuşdu ki, keçmiş həyat yoldaşı Yelena məhkəmə qərarına əsasən ona 59 milyon rubl (təxminən 1 milyon 275 min manat) ödəyib. Bu məbləğ tərəflərin Moskvadakı ortaq mənzilinin satılması nəticəsində əldə edilmiş vəsait imiş və sabiq həyat yoldaşı pulu mənimsəyibmiş.
