İslamiada: Muaytayçılarmız daha iki medal qazandılar - YENİLƏNİB + FOTO/VİDEO

Xəbərlər
14 Noyabr 2025 23:59
51
İslamiada: Muaytayçılarmız daha iki medal qazandılar - YENİLƏNİB + FOTO/VİDEO

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunları davam edir.

İdman.Biz bildirir ki, muaytay üzrə yarışlarda çıxış edən idmançılarımız Əli Əliyev (55-60kq) və Səlahəddin Qocazadə (65-70 kq) bürünc medal qazanıblar.

Beləliklə, muaytay idman növündə Azərbaycan idmançıları İslamiadada bir gümüş və iki bürünc medal qazanıblar.

22:58

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunları davam edir.

İdman.Biz bildirir ki, muaytay üzrə yarışlarda çıxış edən idmançımız Xəyal Əliyev (60–65 kq) finalda döyüşüb.

Final görüşündə Əliyev məğlub olaraq İslamiadanın gümüş medalını qazanıb.

İdman.Biz