Azərbaycanda son doqquz il ərzində dopinqə görə ən çox sanksiya güləşçilərə verilib

Xəbərlər
13 Noyabr 2025 13:12
48
Azərbaycanda son doqquz il ərzində dopinqə görə ən çox sanksiya güləşçilərə verilib

Azərbaycan Milli Antidopinq Agentliyinin 2017–2025-ci illərdəki fəaliyyəti nəticəsində ən çox sanksiya almış idman növləri müəyyən edilib.

İdman.Biz xəbər verir ki, AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə bu barədə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “İdmanda hüquq və ədalət: Yeni antidopinq çərçivəsi” adlı beynəlxalq konfransda məlumat verib.

Son 9 il ərzində güləşçilərə 22, boksçulara 20, ağırlıqqaldıranlara 12, taekvondoçulara 11, cüdoçulara 9, pauerliftinqçilərə 7, velosipedçilərə 6, atletika, həndbol və kikboksinq üzrə isə hər birinə 5 sanksiya tətbiq olunub.

İdman.Biz