Bu il idmançılarımızdan 649 dopinq testi götürülüb

Xəbərlər
13 Noyabr 2025 13:00
46
Bu il idmançılarımızdan 649 dopinq testi götürülüb

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2025-ci ilin yanvar-sentyabr aylarında idmançılardan 649 dopinq testi götürüb.

İdman.Biz xəbər verir ki, AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə bu barədə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “İdmanda hüquq və ədalət: Yeni antidopinq çərçivəsi” adlı beynəlxalq konfransda məlumat verib.

Testlərin 282-si yarış zamanı, 367-si isə yarışdan kənar aparılıb. 68 idmançı Qeydiyyata alınmış Test Qrupunun (QTQ) nəzarətindədir. Həmçinin 30 antidopinq məntəqəsi auditdən keçirilib, yeni DNT/QTİ seçimi və təlimləri təşkil olunub.

İdman.Biz