Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başa çatıb.
İdman.Biz-in məlumatına görə, tədbir "Al Janadryah"da baş tutub.
Açılış mərasimindəki paradda Azərbaycan bayrağını ağırlıqqaldıran Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə daşıyıblar.
Turnirdə 57 ölkədən 3000-dən çox idmançı 23 növdə medallar uğrunda mübarizə aparır.
Azərbaycan yarışda 20 növdə 174 idmançı ilə təmsil olunur.
Qeyd edək ki, İslamiadanın bağlanış mərasimi noyabrın 21-də olacaq.
21:31
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başlanıb.
İdman.Biz bildirir xəbər verir ki, Əl-Cənadriyahda keçirilən tədbir Bakı vaxtı ilə saat 21:00-da start götürüb.
Açılış mərasimində öncəki oyunlardan, o cümlədən, Bakıdakı IV İslamiadadan kadrlar göstərilib.
Mərasimdəki paradda Azərbaycan bayrağını ağırlıqqaldıran Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə daşıyacaqlar.
Qeyd edək ki, Azərbaycanı yarışda 20 idman növündə 179 idmançı təmsil edir. Ümumilikdə isə 57 ölkə 23 növdə medallar uğrunda mübarizə aparır.
Oyunların bağlanış mərasimi noyabrın 21-də baş tutacaq.
09:45
Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçiriləcək.
İdman.Biz xəbər verir ki, “Al Janadryah”da keçiriləcək tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Turnirdə 57 ölkədən olan 3000-dən çox idmançı 23 növ üzrə medallar uğrunda mübarizə aparır.
Azərbaycan yarışda 20 idman növü üzrə 174 idmançı ilə təmsil olunur.
Qeyd edək ki, İslamiadanın bağlanış mərasimi noyabrın 21-də olacaq.
