Argentinada keçirilən avtomobil yarışında dəhşətli qəza - VİDEO

Xəbərlər
3 Noyabr 2025 17:52
36
Argentinada keçirilən avtomobil yarışında dəhşətli qəza - VİDEO

Argentinan paytaxtı Buenos-Ayresdə keçirilən “Top Race” avtomobil yarışının final mərhələsində ağır qəza baş verib.

İdman.Biz bu barədə Tn.com.ar portalına istinadən xəbər verib.

Belə ki, Pilot Luis Qastaldi idarə etdiyi “Toyota Corolla” avtomobilinə nəzarəti itirərək trasdan çıxıb.

Qəza trasın ən sürətli hissələrindən biri olan “Horquilla” döngəsində qeydə alınıb.

Avtomobil yüksək sürətlə bordürə çırpılıb və havaya qalxaraq tribunaya dəyib. Nəticədə maşın tamamilə dağılıb. Qəzanın görüntüləri yarış iştirakçılarını və tamaşaçıları şoka salıb.

Hadisə zamanı avtomobilin bir təkəri qoparaq yaxınlıqdakı kartinq yoluna düşüb. Xoşbəxtlikdən, orada heç kimə zərər dəyməyib.

Bundan bir neçə dəqiqə sonra eyni döngədə daha bir qəza baş verib. Bu dəfə pilot Adrián Hamze idarəetməni itirərək baryerlərə çırpılıb.

İdman.Biz

Məqalədə: