Bakı şəhəri üzrə həftənin idman afişası açıqlanıb.
İdman.Biz xəbər verir ki, oktyabrın 20-dən 26-dək paytaxtda 17 idman növü üzrə yarışlar keçiriləcək.
- Həndbol üzrə qadınlar və kişilər arasında XXXII Azərbaycan Kuboku – 20 sentyabr-31 may (Bakı);
- Vətən müharibəsində qazanılmış Şanlı Qələbənin 5-ci ildönümünə həsr olunmuş “Zəfərindən güc al!” minifutbol üzrə ABAD məhəllələrarası turnirin Nəsimi rayon mərhələsi – 20-21 oktyabr, saat 10:00 (Bakıxanov 42 ünvanında yerləşən Abad məhəllə);
- 18 yaşlar arasında keçirilən “Payız Kuboku” adlı “ITF J60 Baku” beynəlxalq tennis turniri – 20-26 oktyabr (Bakı);
- Peşəkar Çövkən Liqası (18-ci tur) – 21-22 oktyabr (Bakı);
- “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş oğlanlar arasında voleybol üzrə Binəqədi rayon turniri – 21-23 oktyabr, saat 10:00 (276 nömrəli məktəb);
- Vətən müharibəsində qazanılmış Şanlı Qələbənin 5-ci ildönümünə həsr olunmuş “Zəfərindən güc al!” minifutbol üzrə ABAD məhəllələrarası turnirin Nərimanov rayon mərhələsi – 21-23 oktyabr, saat 10:00 (Nərimanov rayonu, F.X.Xoyski 112, 5 nömrəli xəstəxana ilə üzbəüz Abad məhəllə);
- Güllə atıcılığı üzrə Zəfər Kuboku – 23-25 oktyabr (Bakı);
- Zəfər Günü münasibətilə orta ümumtəhsil məktəblərinin təhsil işçilərindən ibarət komandalar arasında voleybol üzrə Xəzər rayon turniri – 23 oktyabr, saat 10:00 (121 nömrəli tam orta məktəb, Binə qəsəbəsi);
- Vətən müharibəsində qazanılmış Şanlı Qələbənin 5-ci ildönümünə həsr olunmuş “Zəfərindən güc al!” minifutbol üzrə ABAD məhəllələrarası turnirin Xətai rayon mərhələsi – 23 oktyabr, saat 10:00 (Əhmədli qəsəbəsi, Diaqnoz Tibb Mərkəzinin arxasındakı Abad məhəllə);
- Vətən müharibəsində qazanılmış Şanlı Qələbənin 5-ci ildönümünə həsr olunmuş “Zəfərindən güc al!” minifutbol üzrə ABAD məhəllələrarası turnirin Suraxanı rayon mərhələsi – 23-24 oktyabr, saat 10:00 (Yeni Günəşli AB massivi, ev 70-in qarşısı, Abad məhəllə);
- Vətən müharibəsində qazanılmış Şanlı Qələbənin 5-ci ildönümünə həsr olunmuş “Zəfərindən güc al!” minifutbol üzrə ABAD məhəllələrarası turnirin Binəqədi rayon mərhələsi – 23-24 oktyabr, saat 10:00 (7-ci mkr, Abay Kunanbayev küçəsi, Union Park yaşayış kompleksinin girişi);
- Vətən müharibəsində qazanılmış Şanlı Qələbənin 5-ci ildönümünə həsr olunmuş “Zəfərindən güc al!” minifutbol üzrə ABAD məhəllələrarası turnirin Nizami rayon mərhələsi – 23-24 oktyabr, saat 10:00 (Qara Qarayev 18 ünvanında yerləşən Abad məhəllə);
- Vətən müharibəsində qazanılmış Şanlı Qələbənin 5-ci ildönümünə həsr olunmuş “Zəfərindən güc al!” minifutbol üzrə ABAD məhəllələrarası turnirin Pirallahı rayon mərhələsi – 24 oktyabr, saat 10:00 (186 nömrəli tam orta məktəb);
- Vətən müharibəsində qazanılmış Şanlı Qələbənin 5-ci ildönümünə həsr olunmuş “Zəfərindən güc al!” minifutbol üzrə ABAD məhəllələrarası turnirin Yasamal rayon mərhələsi – 24 oktyabr, saat 11:00 (Yeni Yasamal 2, ev 8-9 ünvanında yerləşən Abad məhəllə);
- “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Tibb Universitetinin tələbələri (oğlanlar) arasında futzal üzrə Nəsimi rayon turniri – 25 oktyabr, saat 11:00 (Azərbaycan Tibb Universitetinin “Təbib” tədris-idman mərkəzi).
- Cıdır üzrə klublararası yarış – 25 oktyabr (Bakı);
- Qol güləşi üzrə dünya çempionatı – 26 oktyabr-1 noyabr (Bakı).