Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
14 Oktyabr 2025 11:27
30
Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Bakı şəhəri üzrə həftənin idman afişası açıqlanıb.

İdman.Biz xəbər verir ki, oktyabrın 13-19-da paytaxtda 10 idman növü üzrə yarışlar keçiriləcək.

- Cüdo U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyi – 13-15 oktyabr, saat 9:00 (Abşeron Olimpiya İdman Kompleksi);

- 18 yaşlar arasında keçirilən Payız Kuboku adlı ITF J30 Baku Beynəlxalq Tennis turniri – 13-19 oktyabr (Bakı);

- Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsinə minifutbol üzrə Suraxanı rayon turniri – 14 oktyabr, saat 10:00 (Günəşli Arena minifutbol meydançası);

- Peşəkar Çövkən Liqası (17-cı tur) – 14-15 oktyabr (Bakı);

- Səbail rayon 189-190 nömrəli tam orta məktəbin şagirdləri arasında stolüstü tennis turniri – 14 oktyabr, saat 10:00 (189-190 nömrəli tam orta məktəb);

- Cüdo U-14 yeniyetmələr arasında Bakı şəhər birinciliyi – 16-17 oktyabr, saat 9:00 (Abşeron Olimpiya İdman Kompleksi);

- Vətən müharibəsində qazanılmış Şanlı Qələbənin 5-ci ildönümünə həsr olunmuş “Zəfərindən Güc Al!” minifutbol üzrə "ABAD" məhəllələrarası Səbail rayon turniri - 16 oktyabr, saat 10:00 (Bibiheybət yolu küçəsi);

- Vətən müharibəsində qazanılmış Şanlı Qələbənin 5-ci ildönümünə həsr olunmuş “Zəfərindən Güc Al!” minifutbol üzrə "ABAD" məhəllələrarası Qaradağ rayon turniri - 16 oktyabr, saat 10:00 (İntiqam Nəbiyev küçəsi);

- Müstəqilliyin Bərpası Gününə həsr olunmuş Xətai rayon məktəbləri arasında stolüstü tennis turniri – 17 oktyabr, saat 10:00 (Kaspi liseyi);

- Vətən müharibəsində qazanılmış Şanlı Qələbənin 5-ci ildönümünə həsr olunmuş “Zəfərindən Güc Al!” minifutbol üzrə "ABAD" məhəllələrarası Xəzər rayon turniri – 17 oktyabr, saat 10:00 (124 nömrəli tam orta məktəbin stadionu).

İdman.Biz