Polşada ralli yarışında faciə: Ağaca çırpılan avtomobil dərhal alovlanıb - FOTO

Xəbərlər
12 Oktyabr 2025 19:46
36
Polşada ralli yarışında faciə: Ağaca çırpılan avtomobil dərhal alovlanıb - FOTO

Polşada keçirilən "Rajd Nyski" ralli yarışında faciə baş verib.

İdman.biz "TVN24"ə istinadən xəbər verir ki, hadisə bu gün baş verib.

Turnirin "Stary Las" xüsusi mərhələsində "BMW" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb və dərhal alovlanıb.

Yerlik polis bildirib ki, 40 yaşlı pilot hadisə yerindəcə həlak olub. Hadisə şahidlərinin köməkliyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Pilot köməkçisi (şturman) isə avtomobildən çıxa bilib və yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yanğınsöndürmə xidmətinin nümayəndəsinin sözlərinə görə, xilasedicilər hadisə yerinə çatanda avtomobil tamamilə alov içində olub. Yarışın təşkilatçıları zərərçəkənlərə və onların ailələrinə hörmət əlaməti olaraq yarışın dayandırıldığını açıqlayıb.

Qəzada dünyasını dəyişən pilotun iki övladı olduğu bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.

İdman.Biz