Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
MOK-un departament rəhbəri Mehman Kərimov vəfat etdi - FOTO - İdman və Biz

MOK-un departament rəhbəri Mehman Kərimov vəfat etdi - FOTO

Xəbərlər
8 Oktyabr 2025 10:41
60
MOK-un departament rəhbəri Mehman Kərimov vəfat etdi - FOTO

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Beynəlxalq Proqramlar Departamentinin rəhbəri Mehman Kərimov vəfat edib.

İdman.biz xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkə hesabında paylaşım ediblər.

Bildirilib ki, o, bu gün səhər saatlarında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Mehman Kərimov 2022-ci ildən MOK-un Beynəlxalq Proqramlar Departamentinə rəhbərlik edirdi. O, təşkilatda fəaliyyətinə 2010-cu ilin aprelində marketinq direktoru kimi başlamışdı.

İdman.biz