Pevtsov üçüncü dəfə Olimpiadada: Triatlonçumuzun lisenziyası təsdiqlənib

Xəbərlər
28 May 2024 11:12
237
Pevtsov üçüncü dəfə Olimpiadada: Triatlonçumuzun lisenziyası təsdiqlənib

Azərbaycan üçüncü dəfə Olimpiya Oyunlarının tiratlon yarışında təmsil olunacaq.

İdman.biz xəbər verir ki, Parisə lisenziyanı Rostislav Pevtsov qazanıb.

O, artıq üçüncü dəfə Olimpiadada iştirak edəcək. Onun lisenziyasını Dünya Triatlonu təsdiqləyib. Yeni açıqlanan yekun olimpiya reytinqində Pevtsov 52-ci yerdə qərarlaşıb.

İspaniya, Fransa və Almaniya daha çox lisenziya əldə edib. Bu ölkələri kişilərin fərdi yarışında üç triatlonçu təmsil edəcək.

İdman.biz

Məqalədə: