Postsovet məkanında lider - TƏHLİL

Təhlil
1 May 2024 13:05
Postsovet məkanında lider - TƏHLİL

Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək badmintonçuların tam siyahısı bəlli olub.

İdman.biz xəbər verir ki, Fransa paytaxtında 173 idmançı medallar uğrunda mübarizə aparacaq.

9 gündə 5 dəst medal

Badmintonçular 5 dəst mükafatın sahiblərini müəyyənləşdirəcəklər. Kişi və qadınlar həm fərdi, həm cütlərin yarışında qüvvəsini sınayacaqlar. Həmçinin qarışıq cütlər də qələbə üçün yarışacaq. Onlar iyulun 27-də, cütlər ertəsi gün mübarizəyə başlayacaq. Fərdi yarışlar ayın 29-da start götürəcək. Qaliblər avqustun 2-5-də bəlli olacaq. Ümumilikdə, badmintonçuların yarışı 9 gün davam edəcək. 43 kişi, 38 qadın fərdi mübarizəyə qoşulacaq. Cütlərin hər üç yarışında 16 duet çıxış edəcək.

Yığmamızdan rekord

Azərbaycan millisi Fransa paytaxtında iki badmintonçu ilə təmsil olunacaq. Edi Reski Dviçayo (kişilər, fərdi) və Keişa Fatimə Zəhra (qadınlar, fərdi) mükafatlar üçün mübarizə aparacaq. Bu, yığmamızın Olimpiadalarda rekordudur. Tokio-2020-də debüt edən badminton millimiz yalnız bir idmançı ilə təmsil olunmuşdu. Keişa Olimpiya həyəcanı yaşayacaq ilk xanım badmintonçumuz kimi tarixə düşəcək.

Dviçayonun ikinci şansı

Olimpiadanın debütantı olacaq Keişadan fərqli, Edi üç il əvvəl də multi-idman tədbirində iştirak edib. O, Tokio-2020-də qrup mərhələsini adlaya bilməyib. Dviçayo bir qələbə qazanıb. İdmançımız vyetnamlı Nquyen Tien Minhə iki setdə qalib gəlib. Danimarkalı Anders Antonsen isə hər iki rəqibini quru hesabla məğlub edərək üç nəfərlik qrupun birincisi kimi turu adlayıb.

Parisdə 48 ölkə

Qarşıdakı Olimpiadada yalnız 48 ölkə təmsil olunacaq. Azərbaycan da onlar arasında yer alıb. Yalnız bir ölkə - Çin maksimal sayda vəsiqə əldə edib. Asiyalılar hər növdə iki lisenziyaya sahib çıxıb. Yaponiya və Cənubi Koreya hərəyə 8 lisenziyaya yiyələnib. Asiyalıların hegemon olduğu badmintonda Avropanın lideri Danimarkadır – 6 lisenziya.

Postsovet məkanında lider

Ümumiyyətlə, Avropanın yalnız 21 ölkəsi badmintonda təmsil olunacaq. Keçmiş SSRİ məkanından isə barmaqla sayılacaq ölkə bu hüququ qazanıb. Azərbaycan postsovet məkanının lideridir. Yalnız ölkəmiz Parisə iki badmintonçu göndərəcək. Estoniya, Qazaxıstan və Ukraynada bu rəqəm 1-ə bərabərdir. Yeri gəlmişkən, qardaş Türkiyədən də yalnız bir badmintonçu lisenziya əldə edib.

Ölkə

K

KC

Q

QC

KQ

L

İ

Çin

2

2

2

2

2

10

16

Yaponiya

2

1

2

2

1

8

12

C.Koreya

1

1

2

2

2

8

12

Danimarka

2

1

1

1

1

6

9

İndoneziya

2

1

1

1

1

6

9

Tailand

1

1

2

1

1

6

9

Malayziya

1

1

1

1

1

5

8

Fransa

1

1

1

1

1

5

7

Hindistan

2

1

1

1

5

7

ABŞ

1

1

1

1

1

5

7

Çin Taypeyi

1

1

1

1

4

6

Honkonq

1

1

1

1

4

6

Kanada

1

1

1

3

4

Çexiya

1

1

1

3

4

Almaniya

1

1

1

3

4

B.Britaniya

1

1

1

3

4

Avstraliya

1

1

2

4

Bolqarıstan

1

1

2

3

Niderland

1

1

2

3

Azərbaycan

1

1

2

2

Belçika

1

1

2

2

Braziliya

1

1

2

2

İrlandiya

1

1

2

2

Mavriki

1

1

2

2

Meksika

1

1

2

2

Sinqapur

1

1

2

2

İspaniya

1

1

2

2

İsveçrə

1

1

2

2

Vyetnam

1

1

2

2

Əlcəzair

1

1

2

Avstriya

1

1

1

Salvador

1

1

1

Estoniya

1

1

1

Finlandiya

1

1

1

Qvatemala

1

1

1

Macarıstan

1

1

1

İsrail

1

1

1

İtaliya

1

1

1

Qazaxıstan

1

1

1

Myanmar

1

1

1

Nigeriya

1

1

1

Norveç

1

1

1

Peru

1

1

1

CAR

1

1

1

Şri-Lanka

1

1

1

Türkiyə

1

1

1

Ukrayna

1

1

1

BƏƏ

1

1

1

43

16

38

16

16

125

173

K – kişilər, KC – kişilərdən ibarət cütlər, Q – qadınlar, QC – qadınlardan ibarət cütlər, KQ – kişi və qadınların qarışıq cütləri, L – ümumi lisenziya, İ – ümumi idmançı sayı.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: