Olimpiya və dünya çempionları eyni qrupda

Xəbərlər
16 Aprel 2024 23:48
148
Olimpiya və dünya çempionları eyni qrupda

Paris-2024 Yay Olimpiya Oyunlarında həndbol yarışında qruplar bəlli olub.

İdman.biz xəbər verir ki, qadın və kişilərdə 12 yığma medallar uğrunda yarışacaq.

Kişirilərin mübarizəsində ev sahibi, son Olimpiya çempionu Fransa B qrupunda yer alıb. “Üçrənglilər” Tokio-2020 Olimpiadasının gümüş mükafatçısı, dünya çempionu Danimarka ilə mübarizə aparacaq.

A qrupunda isə 5 Avropa komandası yer alıb. Yaponiya "Köhnə qitə" təmsilçiləri ilə mübarizədə autsayder hesab olunur.

Reqlamentə görə qruplarda ilk 4 yeri tutan yığmalar pley-offa vəsiqə qazanacaqlar.

Olimpiada-2024

Kişilər
A qrupu:
İspaniya, Xorvatiya, Almaniya, Sloveniya, İsveç, Yaponiya
B qrupu: Danimarka, Norveç, Macarıstan, Fransa, Misir, Argentina

Qadınlar
A qrupu:
Norveç, Almaniya, Sloveniya, İsveç, Danimarka, Cənubi Koreya
B qrupu: Macarıstan, Niderland, İspaniya, Fransa, Braziliya, Anqola

İdman.biz