Paris-2024: Azərbaycanın lisenziya sayı 17-yə yüksəlib

Xəbərlər
14 Aprel 2024 14:39
160
Paris-2024: Azərbaycanın lisenziya sayı 17-yə yüksəlib

Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha 1 lisenziya əldə edib.

İdman.biz xəbər verir ki, basketbolun 3x3 növü üzrə qadın yığmamız Olimpiya Təsnifat Turnirində çıxışını uğurla başa vurub.

Honkonqda təşkil olunan turnirdə komandamız yarımfinalda Macarıstan, finalda Polşa komandasını məğlub edib. Bununla da, Azərbaycan Paris-2024 Yay Olimpiya Oyunlarına 17-ci lisenziyanı qazanıb.

Qeyd edək ki, ölkəmiz ilk dəfə Olimpiadada komanda yarışlarında təmsil olunacaq.

Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanan idmançılar

Gimnastika
Zöhrə Ağamirova, bədii gimnastika
Selcan Maqsudova, batut gimnastikası

Güləş
Maqomedxan Maqomedov (97 kq), sərbəst güləş
Sənan Süleymanov (77 kq), yunan-Roma güləşi
Həsrət Cəfərov (67 kq), yunan-Roma güləşi
Əliabbas Rzazadə (57 kq), sərbəst güləş
Hacı Əliyev (65 kq), sərbəst güləş
Turan Bayramov (74 kq), sərbəst güləş
Osman Nurmaqomodov (86 kq), sərbəst güləş
Giorgi Meşvildişvili (125 kq), sərbəst güləş

Atletika
Anna Skidan, çəkicatma

Boks
Nicat Hüseynov (51 kq)
Murad Allahverdiyev (80 kq)
Məhəmməd Abdullayev (+92 kq)

Taekvondo
Qaşim Maqomedov (58 kq)

Atıcılıq
Ruslan Lunyov (10 m, pnevmatik tapança)

Basketbol
Qadın yığması, 3x3 növü

İdman.biz