Paris-2024: BOK neytral idmançılarla bağlı mühüm qərar verib

Xəbərlər
19 Mart 2024 22:12
123
Paris-2024: BOK neytral idmançılarla bağlı mühüm qərar verib

Rusiya və Belarus idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında çıxış edəcəyi bayraq məlum olub.

İdman.biz xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) bununla bağlı məlumat yayıb.

Rusiya və Belarus atletləri qələbə qazanacağı təqdirdə AIN-in (fərdi neytral idmançılar) himni səsləndiriləcək. Onların nəticələri ümumi medal siyahısında yer almayacaq.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək davam edəcək.

İdman.biz