Millimizin kapitanı Almaniyada əməliyyat olunub - FOTO

Xəbərlər
18 Sentyabr 2025 22:21
36
Millimizin kapitanı Almaniyada əməliyyat olunub - FOTO

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Ayxan Süleymanlı bu gün Almaniyanın Münhen şəhərində əməliyyat olunub.

Bu barədə İdman.biz AFFA-ya istinadən məlumat verir.

21 yaşlı müdafiəçi “Sana Klinik München”də professor, doktor Filipp Niemeyer tərəfindən sol diz ön çarpaz bağından uğurlu əməliyyat keçirib.

Ayxan Süleymanlı U-21 millimizin heyətində Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bolqarıstan yığması ilə Bakıda keçirilən oyunda (1:1) zədələnib.

İdman.biz