U-19 qadınlarımız Moldova millisinə qalib gəliblər

Xəbərlər
16 Sentyabr 2025 20:26
45
U-19 qadınlarımız Moldova millisinə qalib gəliblər

Moldovanın paytaxtı Kişineuda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununa çıxıb.

İdman.biz bildirir ki, U-19 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

CPSM stadionunda təşkil olunan görüş komandamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 26-cı dəqiqədə Xanım Əsədova hesabı açıb. Millimizin digər qolu isə 36-cı dəqiqədə avtoqol kimi qeydə alınıb.

Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlama oyunu sentyabrın 18-də eyni stadionda keçiriləcək.

İdman.biz