U-16 millimiz Gürcüstan yığmasına qalib gəlib

Xəbərlər
10 Sentyabr 2025 19:21
44
U-16 millimiz Gürcüstan yığmasına qalib gəlib

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünə çıxıb.

İdman.biz AFFA-ya istinadən xəbər verir ki, U-16 Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüş millimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə qolunu 73-cü dəqiqədə Tunar Bayramov vurub .

İdman.biz