Sentyabrın 8-də gənclər və idman naziri Fərid Qayıbov Dünya Minifutbol Federasiyasının prezidenti Filip Judanı qəbul edib.
İdman.Biz xəbər verir ki, görüş zamanı Azərbaycanda minifutbolun inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan Minifutbol Federasiyasının vitse-prezidentləri Taleh Nəsibov və Azər Hüseynov da iştirak ediblər.
