“Soçi” Şeydayevin iştirakı ilə üç xal qazandı

31 Avqust 2026 01:51
121
“Soçi” Şeydayevin iştirakı ilə üç xal qazandı

Rusiya Birinci Liqasının doqquzuncu turunda “Soçi” doğma meydanda “Çelyabinsk”i 2:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev qarşılaşmaya start heyətində başlayıb və 67 dəqiqə meydanda qalıb.

Şeydayev əvəzlənənədək hesab açılmayıb. Bundan sonra meydan sahibləri oyunun gedişini öz xeyirlərinə dəyişərək qələbə qazanıblar.

Bu nəticədən sonra “Soçi” xal ehtiyatını 19-a çatdırıb və turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

İdman.Biz