Türkiyə 1-ci liqasında dördüncü turun oyunları keçirilir.
İdman.Biz xəbər verir ki, “Bursaspor” səfərdə “Kayserispor”u məğlub edib. Qarşılaşma “Bursaspor”un 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan millisinin üzvü Toral Bayramov bu görüşü ehtiyat oyunçular skamyasında keçirib.
Qeyd edək ki, "Bursaspor" bu nəticədən sonra 9 xalla 2-ci pillədə qərarlaşıb.
