Türkiyə Super Liqasının üçüncü turunda “Gənclərbirliyi” evdə “Erzurumspor”u qəbul edib.
İdman.biz xəbər verir ki, görüş 1:1 hesabı ilə başa çatıb. “Erzurumspor”un heyətində Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə də meydana çıxıb.
Matçda hesabı 55-ci dəqiqədə “Erzurumspor”un futbolçusu Eren Tozlu açıb. “Gənclərbirliyi” isə 68-ci dəqiqədə Adama Traorenin qolu ilə hesaba tarazlıq gətirib.
View this post on Instagram
