Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Rakov” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində mübarizəni dayandırıb.
İdman.Biz xəbər verir ki, Polşa təmsilçisi cavab oyununda Xorvatiyanın “Hayduk” klubuna məğlub olub.
Çenstoxovada keçirilən qarşılaşma əlavə vaxtda “Hayduk”un 3:2 hesablı qələbəsi ilə başa çatıb. İlk görüşdə 2:2 hesablı heç-heçə qeydə alınıb.
Mahir Emreli cavab qarşılaşmasında “Rakov”un qollarından birini vurub. Azərbaycanlı hücumçu 89-cu dəqiqədə fərqlənərək hesabı 2:2 edib. Lakin əlavə vaxtda Rokas Pukştas “Hayduk”un üçüncü qolunu vurub.
Beləliklə, “Rakov” iki oyunun nəticəsinə görə 4:5 hesabı ilə məğlub olaraq Konfrans Liqasının Liqa mərhələsinə yüksələ bilməyib və avrokuboklarla vidalaşıb.
Qeyd edək ki, Emreli ilk qarşılaşmada da “Rakov”un qollarından birinə imza atıb.
23:10
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Rakuv” klubunda növbəti qolunu vurub.
İdman.Biz xəbər verir ki, 29 yaşlı hücumçu UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda Xorvatiyanın “Hayduk” komandasına qarşı görüşdə fərqlənib.
Qarşılaşmada hesabı birinci dəqiqədə “Hayduk”un futbolçusu Ron Raçi açıb. “Rakuv” 61-ci dəqiqədə Məhəmməd Lamin Diabinin penaltisi ilə hesabı bərabərləşdirib.
66-cı dəqiqədə Mişel Seqonun qolu Xorvatiya təmsilçisini yenidən önə keçirib.
Mahir Emreli 88-ci dəqiqədə fərqlənərək hesabı 2:2-yə çatdırıb.
Əlavə vaxtın 94-cü dəqiqəsində Roka Puksta “Hayduk”u 3:2 hesabı ilə önə keçirib.
Qeyd edək ki, ilk oyun 2:2 hesabı ilə başa çatıb. Emreli həmin görüşdə də qol vurub.
