Azərbaycan millisinin futbolçuları Toral Bayramov və Nəriman Axundzadə Türkiyədə klublarının heyətində növbəti oyunlarını keçiriblər.
İdman.Biz xəbər verir ki, Türkiyə Birinci Liqasında çıxış edən “Bursaspor”un futbolçusu Toral Bayramov üçüncü turun “Fatih Karagümrük”lə matçına start heyətində başlayıb.
Onun komandası qarşılaşmada 1:2 hesabı ilə məğlub olub. Azərbaycan millisinin üzvü oyun ərzində sarı vərəqə də alıb.
Türkiyə Superliqasında isə “Ərzurumspor” doğma meydanda son ölkə çempionu “Qalatasaray”ı qəbul edib və 0:4 hesabı ilə uduzub.
“Ərzurumspor”un hücumçusu Nəriman Axundzadə görüşə ehtiyat oyunçular skamyasında başlayıb və 55-ci dəqiqədə meydana daxil olub. O da matçın gedişində sarı vərəqə ilə cəzalandırılıb.
Beləliklə, Azərbaycan millisinin hər iki futbolçusu Türkiyədə keçirdikləri növbəti qarşılaşmada məğlubiyyətlə üzləşib və sarı vərəqə alıb.
