Portuqaliyanın U-21 millisinin baş məşqçisi Luís Freyre Azərbaycanın U-20 yığmasının çalışdırıcısı portuqaliyalı Ruy Jorje haqqında danışıb.
İdman.Biz bildirir ki, Freyre Jorjeni təcrübəli mütəxəssis adlandırıb.
O, Jorjenin illərlə Portuqaliyanın U-21 millisinə başçılıq etdiyini və bu postda uğurlar qazandığını bildirib.
“İnanıram ki, o Azərbaycan millisində də uğur qazanacaq”, - Freyre deyib.
