Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində növbəti oyununda Fransa ilə qarşılaşacaq.
İdman.Biz xəbər verir ki, milli komandanın oyunçuları Bakıda matç öncəsi məşq keçiriblər.
Bu, yığmamızın DÇ-2026 seçmə mərhələsində sonuncu qarşılaşması olacaq.
Azərbaycan - Fransa oyunu noyabrın 16-da, Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da başlayacaq.
Bu oyundan öncə yığmamız öz qrupunda keçirdiyi beş oyundan 1 xal toplayıb və sonuncu yerdədir.
Fransa millisi isə beş oyundan 13 xal toplayıb və qrup lideridir. Fransızlar artıq DÇ-2026-ya vəsiqə qazanıblar.
