Fransa millisi Azərbaycanla oyundan öncəsi Bakıda məşq edir - FOTO/VİDEO

Xəbərlər
15 Noyabr 2025 18:58
38
Fransa millisi Azərbaycanla oyundan öncəsi Bakıda məşq edir - FOTO/VİDEO

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində növbəti oyununu Fransaya qarşı keçirəcək.

İdman.Biz bildirir ki, rəqib komandanının futbolçuları Bakıda oyun öncəsi məşq keçiriblər.

Bu, yığmamızın bu seçmə mərhələ çərçivəsində sonuncu oyunu olacaq.

Azərbaycan - Fransa qarşılaşması noyabrın 16-da, Tofiq Bəhramov adına Respublika stadionunda saat 21:00-da start götürəcək.

Bu oyunadək millimiz qrupda keçirdiyi beş oyundan 1 xal toplayıb və sonuncu yerdədir.

Fransa beş oyundan 13 xal toplayıb və qrup lideridir. Fransızlar artıq DÇ-2026-ya vəsiqə qazanıblar.

İdman.Biz