DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya ilə oyun öncəsi Azərbaycan millisinin üzvləri jurnalistlər üçün açıq məşq keçiriblər.
İdman.Biz bildirir ki, millimiz noyabrın 13-də “8-ci km” qəsəbə stadionunda İslandiya ilə üz-üzə gələcək.

Noyabrın 16-da isə Ayxan Abbasovun yetirmələrini Bakıda Fransa ilə oyun gözləyir.

Azərbaycan və İslandiya yığmalarının rəqib meydançasında keçirdikləri ilk oyun 5:0 hesabı ilə islandların xeyrinə qurtarmışdı.

Millimiz hazırda 1 xalla qrupda sonuncu yerdədir.

