Ayxan Abbasov: “Bu komanda ilə gələcəyə nikbin baxırıq”

Xəbərlər
14 Oktyabr 2025 01:39
40
Ayxan Abbasov: “Bu komanda ilə gələcəyə nikbin baxırıq”

“Dünən demişdik, bilirdik ki, gərgin oyun olacaq”.

İdman.Biz bildirir ki, bu sözləri DÇ-2026-nın Ukrayna ilə seçmə oyunundan sonra Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov deyib.

Qarşılaşma 2:1 hesabı ilə ukraynalıların qələbəsiylə yekunlaşıb.

“Futbolçularda yorğunluq var idi. Dünən çox qayğılı idik. Amma şükürlər olsun futbolçular xarakter göstərdi. Üç gün fərqlə iki böyük komandaya qarşı oynamaq çox vacib idi, bu gələcəyimiz üçün önəmlidir.

Futbolçulardan inamlı və rahat oynamaqlarını istəmişdik. Məncə, elə də oldu. Bəlkə də xal qazana bilərdik. Amma ilk 15 dəqiqə çox çətin keçdi. İkinci hissədəki epizodu dəyərləndirsəydik, oyun tam başqa cür olardı.

Bu komanda ilə gələcəyə nikbin baxırıq. Komandanın potensialı var. Ruh olanda, istək olanda, oyun gələcək. Evdə iki oyunumuz var, ona hazırlaşacağıq. Xallarımızı artırmağa çalışacağıq”, - Abbasov əlavə edib.

İdman.Biz