“İnanıram ki, futbolçularımız daha bir sürpriz edəcəklər” – İDMAN.BİZ-ə AÇIQLAMA

Xəbərlər
13 Oktyabr 2025 19:44
130
“İnanıram ki, futbolçularımız daha bir sürpriz edəcəklər” – İDMAN.BİZ-ə AÇIQLAMA

Azərbaycanın əməkdar artisti Ədalət Şükürov ciddi futbol həvəskarı olmasa da, Azərbaycan millisinin bu gün dünya çempionatının seçmə mərhələsində Ukrayna ilə qarşılaşacağından xəbərdardır.

Məşhur müğənni İdman.Biz-ə oyunla bağlı kifayət qədər gözlənilməz proqnoz verib:

“Komandamız üçün çox çətin olacağını bilirəm, xüsusən də Fransa ilə oyundan sonra. Amma buna baxmayaraq, əminəm ki, Ukrayna yığması ilə heç olmasa heç-heçə edə biləcəklər. Düşünürəm ki, bu, çox gərgin mübarizə olacaq və matç 1:1 hesabı ilə başa çatacaq. İnanıram ki, futbolçularımız daha bir sürpriz edəcəklər”, - deyə əməkdar artist bildirib.

Vüqar Vüqarlı

İdman.Biz