Sergey Rebrov: “Niyə Azərbaycan öz millisinə qiymət vermir?”

Xəbərlər
14 Oktyabr 2025 01:50
39
Sergey Rebrov: “Niyə Azərbaycan öz millisinə qiymət vermir?”

“Azərbaycanın Çempionlar Liqasında oynayan komandası var. Azərbaycanlı oyunçular bu matça güclü hazırlaşmışdı”.

İdman.Biz bildirir ki, bu sözləri DÇ-2026-nın Azərbaycanla seçmə oyunundan sonra Ukrayna yığmasının baş məşqçisi Sergey Rebrov deyib.

Qarşılaşma 2:1 hesabı ilə ukraynalıların qələbəsiylə yekunlaşıb.

“Xoşbəxtəm ki, belə nəticə əldə etdik. Ciddi oyun gedirdi. Hər iki komanda qələbə istəyirdi. Amma biz qalib gəldik. Beş oyunçumuz yox idi. Azərbaycan millisini məğlub etmək bizim üçün çətin oldu. Birinci hissədə yaxşı oyun göstərməyə çalışırdıq.

Mən heç vaxt fikirləşmirəm ki, Azərbaycan zəifdir. Belə sözü də heç vaxt deməmişəm. İslandiya ilə oyunda göstərdiyiniz nəticə sizin gücünüz deyildi. Niyə Azərbaycan öz millisinə qiymət vermir? Axı Azərbaycanın Çempionlar Liqasında oynayan komandası var. Azərbaycanlı oyunçular bu matça güclü hazırlaşmışdı. Öz futbolçularımızla söhbət aparmışdıq”, - Rebrov bildirib.

İdman.Biz