Deşam Mbappenin Azərbaycanla oyunda iştirakı barədə: “İşlərin necə getdiyinə baxacağıq”

Xəbərlər
6 Oktyabr 2025 21:04
35
Deşam Mbappenin Azərbaycanla oyunda iştirakı barədə: “İşlərin necə getdiyinə baxacağıq”

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi “Real”ın 26 yaşlı hücumçusu Kilian Mbappenin səhhətini şərh edib.

İdman.biz bildirir ki, qarşılaşma oktyabrın 10-da Parisdə keçiriləcək.

“Onunla danışdım. O, buradadır, kiçik bir problemi var, lakin onun gəlməsinə heç nə mane ola bilməz. Biz vəziyyəti tibbi heyətlə müzakirə edəcəyik, sonra baxacağıq işlər necə inkişaf edir”, - Deşam deyib.

Kilian Mbappe şənbə günü “Real Madrid” – “Vilyarreal” (3:1) matçında topuğundan zədə alıb. 26 yaşlı hücumçu qol vurduqdan az sonra meydanı tərk etmək məcburiyyətində qalıb və birbaşa paltardəyişmə otağına yollanıb.

İdman.biz