Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar

2 Mart 2026 10:23
111
Azərbaycanın yeniyetmə xizək alpinistləri Türkiyədə qızıl və gümüş medal qazanıblar

Azərbaycanın xizək alpinizmi üzrə yeniyetmə idmançıları Türkiyənin Kayseri şəhərində təşkil olunan “Türkiye Open Sprint Cup” yarışında uğurla çıxış ediblər.

İdman.Biz Azərbaycan Qış İdman Növləri Federasiyasına istinadən xəbər verir ki, fevralın 28-dən martın 1-dək keçirilən turnirdə ölkəmizi Abel İsmixanov və Nurid Şəkərəliyev təmsil ediblər.

Yarışın nəticələrinə əsasən, 15 idmançı arasında mübarizə aparan 2009-cu il təvəllüdlü Abel İsmixanov qızıl medala sahib olub.

Digər təmsilçimiz 2009-cu il təvəllüdlü Nurid Şəkərəliyev isə yarışı ikinci pillədə başa vuraraq gümüş medal qazanıb.

İdman.Biz