Türkiyənin Niğdə şəhərində yaşayan 46 yaşlı Levent Koçun adı dünya alpinizm statistikasına düşüb.
İdman.Biz xəbər verir ki, “Summitbook” platformasının məlumatına görə Koç son üç ildə dünya üzrə ən çox zirvəyə qalxan dağçı olub.
Dağçılığa hərbi xidmətdə olarkən Hakkarinin Çukurca rayonunda maraq göstərən Koç bu müddət ərzində Türkiyədə əsasən Aladağlar və Bolkar dağları olmaqla, həm ölkə daxilində, həm də xaricdə çoxsaylı zirvələrə qalxıb.
Statistikaya görə, Levent Koç 2023-cü ildə 81, 2024-cü ildə Türkiyə Cümhuriyyətinin 101-ci ildönümünə ithafən 101, 2025-ci ildə isə 70 zirvəyə qalxaraq ardıcıl üç il dünya kombinasiyasında birinci yeri tutub.
Bu nəticə həm say baxımından, həm də davamlılıq baxımından beynəlxalq alpinizm icması üçün unikal göstərici hesab olunur və Levent Koçu son illərin ən aktiv və məhsuldar dağçıları sırasında önə çıxarır.
