Warning: opendir(/home/idmanbiz/www/cache/): failed to open dir: No such file or directory in /home/idmanbiz/www/classes/Cache/Lite.php on line 642
Kroufordla Kanelonun bir döyüşə qazandıqları UFC-nin bir ilə qazandığına bərabər olub - İdman və Biz

Kroufordla Kanelonun bir döyüşə qazandıqları UFC-nin bir ilə qazandığına bərabər olub

Xəbərlər
20 Sentyabr 2025 08:14
127
Kroufordla Kanelonun bir döyüşə qazandıqları UFC-nin bir ilə qazandığına bərabər olub

Meksikalı peşəkar boksçu Saul "Kanelo" Alvares və amerikalı dünya çempionu Terrens Krouford bir döyüş üçün birlikdə 200 milyon dollar qazanıblar.

İdman.biz "Happy Punch"a istinadən bildirir ki, bu rəqəm bütün UFC döyüşçülərinin 2025-ci ildə qazandıqları 210 milyon dollarlıq rəqəminə bərabərdir.

Sentyabrın 14-nə keçən gecə ABŞ-ın Las-Veqas şəhərində baş tutan mütləq dünya çempionu titulu uğrunda döyüşdə Terens Krouford Saul "Kanelo" Alvaresi məğlub edib. Döyüş bütün 12 raund davam edib və Kroufordun qələbəsi ilə başa çatıb.

İdman.biz