Fyodor Yemelyanenkonun qardaşı azadlığa buraxılır

Xəbərlər
9 Sentyabr 2025 18:14
42
Fyodor Yemelyanenkonun qardaşı azadlığa buraxılır

MMA döyüşçüsü İvan Yemelyanenkonun cəzasını çəkdiyi cəzaçəkmə koloniyasının rəhbərliyi onun şərti azadlığa buraxılması ilə bağlı vəsatətini təmin edib.

İdman.biz xəbər verir ki, bu barədə tanınmış rusiyalı idman promouteri Vladimir Xryunov bildirib.

"Baş verən ən mühüm şey odur ki, cəzaçəkmə müəssisəsi özü təşəbbüslə çıxış edib və onun şərti azadlığa buraxılması ilə bağlı vəsatətini təmin edib. İndi yalnız məhkəmənin işi təsdiqləməsini gözləmək qalır. Məhkəmə çərşənbə günü, sentyabrın 10-da olacaq. İvan Yemelyanenko aktyor Mixail Yefremovdan sonra bu müəssisədən azad edilən ikinci şəxs olacaq", - Xryunov deyib .

İvan Yemelyanenko 2024-cü ilin dekabrında bir il yarım müddətinə azadlıqdan məhrum edilib. Starıy Oskol məhkəməsi onu idmançını dəfələrlə təhqir edən və onun haqqında yalan məlumat yayan şəxsi döyməkdə təqsirli bilib. İvan Fyodor və Aleksandr Yemelyanenkoların kiçik qardaşıdır.

İdman.biz