İyunun 21-də Bakı Kristal Zalında keçiriləcək Mütləq Döyüş Çempionatı (UFC) turnirinin əsas döyüşçüsü Camal Hill Azərbaycana gəlib.
İdman.biz xəbər verir ki, UFC-nin yarım ağır çəki dərəcəsində keçmiş çempionu komandası ilə birlikdə artıq ölkəmizdədir.
Camal Hill “UFC Fight Night”ın əsas döyüşündə Xalil Rauntri ilə qarşılaşacaq.
İdman.biz