Azərbaycanlı döyüşçülər Türkiyədə qələbə qazanıblar

26 Aprel 2025 22:08
549
Azərbaycanlı döyüşçülər Türkiyədə qələbə qazanıblar

Azərbaycanlı qaydasız döyüşçülər Rəsul Rəhimov və Fərid Abbaszadə CORE FC turnirində uğurlu çıxış ediblər.

İdman.biz xəbər verir ki, Türkiyədə keçirilən yarışda hər iki təmsilçimiz qalib gəlib.

Qırğızıstanlı Xəlil İbrahim Əliyevin imtinasından sonra Rəsul Quvanç Dadayevlə (Türkmənistan) qarşılaşıb. Rəhimov rəqibini 3-cü raundun sonunda məğlub edib.

Fərid isə Maqomed Maqomedova (Özbəkistan) ikinci raundda qalib gəlib.

İdman.biz