Nobuyuki Sakakibara: “Yenidən Bakıda “Rizin” turniri keçirilə bilər”

Müsahibə
5 Noyabr 2023 00:18
285
Nobuyuki Sakakibara: “Yenidən Bakıda “Rizin” turniri keçirilə bilər”

“Bu yarışın Azərbaycanda heç bir problemsiz keçirilməsi sevindiricidir. Başda Azərbaycanın Gənclər və İdman Nazirliyi olmaqla, əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”.

İdman.biz xəbər verir ki, bunu "Rizin" Döyüş Federasiyasının təsisçisi Nobuyuki Sakakibara deyib.

O, ilk dəfə Yaponiyadan kənarda – Azərbaycanda keçirilən “Landmark 7” turnirinin təşkilatçılığından razılıq ifadə edib. Təşkilatın rəhbəri bildirib ki, yarışın yenidən Bakıda keçirilməsi mümkündür: “Bu, Azərbaycanın marağından asılıdır. Yenidən Bakıda “Rizin” turniri keçirilə bilər. Bir daha qeyd edirəm ki, bu maraqdan aslıdır”.

Sakakibara azərbaycanlı MMA döyüşçuləri Tofiq Musayev və Vüqar Kərəmovun döyüşlərinə də münasibət bildirib: “Onların döyüşləri əsas idi. Birində Azərbaycan auditoriyası sevindisə, digərində üzüldü. Qaydasız döyüşün gözəlliyi də məhz hisslərin qarşılıqlı dəyişməsidir. Azərbaycanlılara gözəl hisslər yaşatdığımız üçün şadam”.

O, qarşıdakı turnirlərdə Vüqar Kərəmov ilə məğlub olduğu yaponiyalı Çihiro Suzuki arasında mümkün revanş döyüşü haqqında da danışıb: “Təbii ki, bu, mümkündür və Kərəmovdan asılıdır. O, bu gün çox məyus oldu. İnanıram ki, gücünü artıracaq. Əgər Vüqar bunu istəsə, gələcəkdə revanş təşkil etmək mümkündür”.

Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi və “Rizin” Döyüş Federasiyasının təşkilatçılığı ilə Milli Gimnastika Arenasında təşkil olunub.

Emin Ağa

İdman.biz