Fyuri və Usik döyüşünün yeni tarixi

Xəbərlər
4 Fevral 2024 01:25
Fyuri və Usik döyüşünün yeni tarixi

Tayson Fyuri və Aleksandr Usik arasında təxirə salınmış döyüşün yeni tarixi bəlli olub.

İdman.biz xəbər verir ki, böyük maraqla gözlənilən qarşılaşma mayın 18-nə təyin edilib.

Bu barədə Səudiyyə Ərəbistanı Əyləncələr Departamentinin rəhbəri şahzadə turki Əl əş-Şeyx məlumat verib. Döyüş Ər-Riyad şəhərində baş tutacaq.

Qeyd edək ki, Fyuri – Usik döyüşü fevralın 17-də keçirilməli idi. Britaniyalı boksçunun sparrinqdə ciddi zədə alması görüşün təxirə salınmasına səbəb olub.

İdman.biz