Nazim Sadıqov Mayk Taysonla görüşüb: “Gözlərimə inanmadım”

Xəbərlər
3 May 2024 11:39
Nazim Sadıqov Mayk Taysonla görüşüb: “Gözlərimə inanmadım”

Azərbaycanı UFC-də təmsil edən Nazim Sadıqov əfsanəvi boksçu Mayk Taysonla görüşüb.

İdman.biz xəbər verir ki, o, özü bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Sadıqov Bruklində baş tutan təsadüfi görüşdə təəccübünü gizlətməyib: “Bu, əfsanədir? Düzünü deyim, gözlərimə inanmadım”.

Qeyd edək ki, döyüşçümüz gələn ilin əvvəlində oktaqona qayıtmağı planlaşdırır. Yeni mövsümə hazırlaşan idmançı yüngül çəki reytinqində “Top-15” üçün mübarizə aparacağını bildirib.

İdman.biz