Azərbaycanlı döyüşçünün UAE Warriorsdakı çıxışı ləğv olunub - VİDEO

Xəbərlər
10 İyul 2025 21:41
76
Azərbaycanlı döyüşçünün UAE Warriorsdakı çıxışı ləğv olunub - VİDEO

Azərbaycanlı MMA döyüşçüsü Əli Quliyevin Abu Dabidə UAE Warriors turniri çərçivəsində iyulun 24-də keçirilməsi planlaşdırılan döyüşü ləğv edilib.

İdman.biz xəbər verir ki, buna səbəb Quliyevin müqavilə bağladığı İsveç FCR liqasının müdaxiləsi olub.

Əli Quliyev norveçli Jon Vetle Furuheimlə döyüşməli idi. Lakin İsveç təşkilatı azərbaycanlı idmançı ilə eksklüziv razılaşmanın şərtlərini əsas gətirərək, onun yarışda iştirakına icazə verməyib.

Qeyd edək ki, BƏƏ Döyüşçüləri liqası MMA üzrə aparıcı regional təşkilatlardan biri hesab olunur və dünyanın ən böyük promosyonu olan UFC ilə sıx əməkdaşlıq edir.

İdman.biz