Nəriman Abbasov çempionluq kəməri uğrunda döyüşəcək

Xəbərlər
18 May 2024 00:21
389
Nəriman Abbasov çempionluq kəməri uğrunda döyüşəcək

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Nəriman Abbasov bu gün növbəti döyüşünü keçirəcək.

İdman.biz xəbər verir ki, o, “Naiza Fighting Championship” və "AMC Fight Nights"ın çempionluq kəməri uğrunda görüşündə qüvvəsini sınayacaq.

Yüngül çəkidə mübarizə aparan Nəriman Almatıda keçiriləcək döyüşdə Qazaxıstan təmsilçisi Fanil Rafikovla üz-üzə gələcək. Görüş 5 raunddan ibarət olacaq. Qarşılaşmadan bir gün öncə idmançıların çəki mərasimi keçirilib.

Qeyd edək ki, Abbasov peşəkar karyerasında 34-cü döyüşə çıxacaq. Onun hesabında 28 qələbə var. İdmançımızın rəqibi isə 28 qarşılaşmada 22 dəfə qalib gəlib.

İdman.biz