Məğlubedilməz boksçu: “Gəlin, tarix yazaq”

Xəbərlər
17 May 2024 00:42
184
Məğlubedilməz boksçu: “Gəlin, tarix yazaq”

WBA, IBF və WBO versiyaları üzrə ağır çəkidə dünya çempionu Aleksandr Usik Tayson Fyuri ilə keçirəcəyi görüşə münasibət bildirib.

İdman.biz xəbər verir ki, ukraynalı boksçu növbəti uğura imza atmağa hazır olduğunu deyib.

Keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran Usik yeni tarix yazmaq istədiyini qeyd edib: “Burada çox xoşbəxtəm. Döyüşün baş tutmasına görə, hamıya təşəkkür edirəm. Gəlin, tarix yazaq. Döyüşdə nə olacağını indi göstərə bilərəm? Yox. Sonra”.

Qeyd edək ki, Usik-Fyuri görüşü mayın 18-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində baş tutacaq.

İdman.biz